ADRA-nın əməkdaşları “Xəzəri qoruyaq!” ekoloji aksiyasında iştirak ediblər

22 sentyabr 2025 10:20

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşları ölkəmizdə artıq 16 ildir həyata keçirilən “Xəzəri qoruyaq!” genişmiqyaslı ekoloji kampaniyasında növbəti dəfə iştirak ediblər.

    Aksiya barədə məlumat və çağırışlar əvvəlcədən açıq məkandakı reklam monitorlarında sosial reklam kimi yayımlanaraq ictimaiyyətə çatdırılıb. Bu, əhalinin ekoloji məsuliyyətə cəlb olunmasına və ətraf mühitin qorunması istiqamətində maarifləndirilməsinə mühüm dəstək olub.

    Kampaniya çərçivəsində sentyabrın 1-dən 20-dək Lənkəran, Astara, Neftçala, Xaçmaz, Siyəzən, Sumqayıt çimərliklərində təmizlik işləri aparılıb və ümumilikdə 1650 kiloqram tullantı yığılaraq çeşidlənib və təkrar emala göndərilib. Sentyabrın 20-də Bakının Bilgəh çimərliyində yekunlaşan aksiya həm miqyas, həm də tərəfdaş qurumların sayı baxımından ölkənin ən böyük ekoloji təşəbbüslərindən biri olub.

    Qeyd edək ki, “Xəzəri qoruyaq!” ekoloji kampaniyası Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil olunur. Dünyanın 100-dən çox ölkəsində icra edilən bu beynəlxalq ekoloji hərəkatda Azərbaycan artıq 16 ildir ki, fəal iştirak edir.

 ADRA-nın əməkdaşları “Xəzəri qoruyaq!” ekoloji aksiyasında iştirak ediblər  ADRA-nın əməkdaşları “Xəzəri qoruyaq!” ekoloji aksiyasında iştirak ediblər  ADRA-nın əməkdaşları “Xəzəri qoruyaq!” ekoloji aksiyasında iştirak ediblər  ADRA-nın əməkdaşları “Xəzəri qoruyaq!” ekoloji aksiyasında iştirak ediblər