Geri qayit

Dövlət Xidmətləri Elektron Reyestri

Yaradılma əsasları və məqsədləri

Dövlət xidmətlərinin Elektron Reyestri "Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına əsasən  yaradılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarı ilə “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması” Qaydaları təsdiq edilmişdir. Dövlət xidmətlərinin Elektron Reyestri Dövlət xidmətləri ilə bağlı vahid məlumat portalını özündə ehtiva edir.

Reyestrin formalaşdırılmasının və aparılmasının əsas məqsədlərinə xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, istifadə olunan informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasının təmin edilməsi, vətəndaşların xidmətlər haqqında ətraflı məlumat əldəetmə imkanlarının və şəffaflığın təmin edilməsi, qurumların fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi daxildir.

Daha ətraflı