ADRA əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış üzrə təlimlərə start verilib

19 sentyabr 2025 10:20

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) əməkdaşların peşəkarlığının artırılması, şəffaf fəaliyyət prinsiplərinin möhkəmləndirilməsi və korrupsiya risklərinin qarşısının alınması məqsədilə yeni təlim proqramına start verilib.

    “Korrupsiyaya qarşı mübarizə və etik davranış” mövzusunda keçirilən proqram çərçivəsində açıq məkandakı reklamların məzmununda etik qaydalar, maraqların toqquşması, şəffaflıq prinsipləri, şikayət və məlumatvermə mexanizmləri, həmçinin beynəlxalq təcrübələr öyrəniləcək.

     Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərlinin apardığı təlimdə iştirakçılar həm nəzəri biliklər, həm də praktiki məşğələlərlə təmin edilirlər. Xüsusilə açıq məkandakı reklam mətnlərinin təhlili, korrupsiya risklərinin müəyyənləşdirilməsi, “etik dilemma” üzrə rol oyunları və qrup müzakirələri tədrisin əsas hissəsini təşkil edir. 

 Qeyd edək ki, bu təlimlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən həyata keçirilir və ADRA-da şəffaflıq, hesabatlılıq və etik idarəetmə mühitinin daha da gücləndirilməsini hədəfləyir.

 ADRA əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış üzrə təlimlərə start verilib  ADRA əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış üzrə təlimlərə start verilib