İcazə, nəzarət və
tənzimləmə bir ünvanda

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki
reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur

İcazə al

Kalkulyator

Tez-tez
verilən suallar

Bütün suallar

Açıq məkanda reklam yerləşdirmək üçün nə etmək lazımdır?

Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar Dövlət Reklam Agentliyinə müraciət edib icazə almalıdırlar. Bunu ADRA-nın onlayn İcazələr Sistemi olan is.adra.gov.az rəsmi internet səhifəsinə daxil olmaqla Digital Login ilə həyata keçirmək mümkündür.

Açıq məkanda reklam yerləşdirmək üçün hansı sənədlər tələb olunur?

• Reklam yayıcısı hüquqi şəxs, yaxud xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

• Reklam yayıcısı fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

• Reklam yayıcısının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

• Reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, reklamın yerləşdiriləcəyi yerin rəngli fotosu (sxemi) və vəziyyət planı;

• Reklamın eskizi və ölçüləri;

• İstehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrin reklamı yerləşdirilərkən müvafiq lisenziya, yaxud sertifikatın və ya digər icazənin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

• Reklamda əmtəə nişanı və coğrafi göstərici xarici dildə yerləşdiriləcəyi halda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin verdiyi qeydiyyat şəhadətnaməsi.

Açıq məkanda yerləşdirilən reklam qurğusu (lövhəsi, daşıyıcısı) təhlükə yaradarsa və ya reklam məzmunu şübhə doğurarsa, bu halda hara müraciət etmək olar?

ADRA açıq məkanda reklam mühitini tənzimləyən və nəzarət edən qurum olduğundan bu hallar aşkar olunduqda vətəndaşlar ADRA Çağrı Mərkəzi ilə 1412 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər və ya [email protected] ünvanına yaza bilərlər.

Bütün suallar