ADRA qanunvericilik əsasında açıq məkandakı reklam fəaliyyətinə nəzarət edən dövlət qurumudur.
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci ildə 1472 nömrəli Fərmanı ilə publik-hüquqi şəxs olaraq yaradılmışdır
Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur
Missiyamız açıq məkanda reklam sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən dövlət qurumu kimi ölkənin açıq məkanda reklam ekosisteminin dayanıqlı inkişafını təmin etməkdir.
Gələcəyə baxışımız ölkə üzrə açıq məkandakı reklamların estetik görünüşünə və sahibkar məmnuniyyətinə nail olmaqdır
Dəyərlərimiz Agentliyin cəmiyyətə, sahibkarlara, ətraf mühitə, əməkdaşlarına və peşəkar fəaliyyətinə münasibətini əks etdirən yanaşmalar toplusudur:
Agentliyin fəaliyyəti, o cümlədən qəbul edilən bütün qərarların açıq və anlaşılan şəkildə təqdim olunması, ictimaiyyətin məlumatlandırılması prosesinin fasiləsiz təmin edilməsi, eləcə də hesabatların düzgün və vaxtında dərc edilməsi şəffaflıq prinsipinin əsasını təşkil edir. Bu prinsip ictimai etimadın möhkəmləndirilməsinə, korrupsiya hallarının qarşısının alınmasına və təşkilatın nüfuzunun yüksəldilməsinə xidmət edir.
Agentliyin ədalətli, məsuliyyətli, peşəkar və sabit şəkildə fəaliyyət göstərməsi, Agentlik tərəfindən bazarın bütün iştirakçılarının mənafelərini qorumaq deməkdir. Bu, Agentliyin fəaliyyətinin etimad qazanması, həmçinin verilən qərarların cəmiyyət tərəfindən qəbul edilməsi və ona güvənilməsini təmin edir.
Agentliyin sahibkarlara göstərdiyi xidmətlərin peşəkar və operativ icra olunması, onlarla səmərəli əməkdaşlığın qurulması, yeni imkanların yaradılması və mövcud problemlərin həllinə dəstək göstərilməsi sahibkaryönümlülük prinsipinin əsasını təşkil edir. Bu yanaşma innovasiyaların tətbiqinə, resursların səmərəli idarə olunmasına və davamlı inkişafın təmin edilməsinə xidmət edir.
Agentlik əməkdaşlarının fiziki və psixoloji sağlamlığının qorunması, onların səmərəli və effektiv fəaliyyət göstərməsi üçün müvafiq şəraitin yaradılması, etik və humanist davranışın təşviqi insan kapitalı prinsipinin əsasını təşkil edir. Bu prinsip əməkdaşların motivasiyasının yüksəldilməsinə, komanda ruhunun möhkəmləndirilməsinə və ümumi iş məmnuniyyətinin artırılmasına xidmət edir.
Agentlik qlobal təcrübə və tendensiyaları izləyərək müasir idarəetmə üsullarının və yaradıcı ideyaların tətbiqini, təhlükəsizlik sisemlərinin qurulmasını, səmərəli və peşəkar həllərin həyata keçirilməsini, habelə yeni texnologiyalardan istifadəni təşviq edir. Bu yanaşma açıq məkanda reklam sahəsinin inkişafına və modernləşməsinə xidmət edir.
Tariximizdəki
əsas islahatlar və yeniliklər
Rəhbər heyətimiz
ilə yaxından tanış olun
Fərhad Əsgər oğlu Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində Maliyyə və kredit ixtisası üzrə, 2002-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci bakalavr təhsilini alıb. 2005-ci ildə təhsilini davam etdirərək Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb. O, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru vəzifəsində çalışıb. Daha sonra F.Adıgözəlov 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri, 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinin sədri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 aprel 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Ailəlidir, 3 övladı var.
Daha çox Daha az21.09.1974-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Coğrafiya, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültələrində ali təhsil alıb. Əmək fəaliyyətinə Rusiya Federasiyasının Soçi şəhərində başlayıb. Sonra Azərbaycanda dövlət səviyyəsində təşkil edilən tədbirlərin əsas təşkilatçılarından olub. Fəxri Abdullayev bir müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olduqdan sonra 2013-cü ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəis müavini, daha sonra Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri vəzifələrində çalışıb. İşlədiyi dövrdə ona dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi verilib. 2017-ci ildə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktor müavini, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 oktyabr tarixli Sərəcamı ilə isə Agentliyin İdarə Heyətinin sədr müavini təyin olunub. Ailəlidir, 3 övladı var.
Daha çox Daha az09.05.1989-cu ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Hüquq və Strateji araşdırmalar şöbəsinin Hüquqi məsələlərin tənzimlənməsi sektorunun aparıcı məsləhətçi-hüquqşünası kimi başlayıb. Daha sonra, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hüquq və kadrlar şöbəsinin Hüquq sektorunun böyük məsləhətçisi kimi fəaliyyət göstərib. 2017-ci ildən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Aparatının Hüquq şöbəsinin hüquqşünası, aparıcı hüquqşünası, böyük hüquqşünası, Bakı Şəhəri Reklam İdarəsinin Hüquq şöbəsinin müdiri, Agentliyin Aparatının Hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb. 2022-ci ildə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Aparatının rəhbəri vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.
Daha çox Daha azİdarəetmə
və Struktur Bölmələri
Fərhad Əsgər oğlu Adıgözəlov
İdarə Heyəti sədrinin müavini
Fəxri Rafiq oğlu Abdullayev
Aparatın rəhbəri
Nahid Rəhman oğlu Qasımov
İdarə Heyəti sədrinin müşaviri
Fərid Mehdi oğlu Dadaşov
İdarə Heyəti sədrinin müşaviri
Elmar Aydın oğlu Abasov
Transformasiya üzrə direktor
Lalə Elman qızı Abdullayeva
Reklam fəaliyyətinin tənzimlənməsi şöbəsi
Daxili nəzarət və audit şöbəsi
Hüquq şöbəsi
Media və kommunikasiya şöbəsi
Maliyyə şöbəsi
İnformasiya texnologiyaları şöbəsi
Satınalmalar və təminat şöbəsi
İxtisaslaşmış reklam yayıcıları ilə iş şöbəsi
Reklam layihələrinin tərtibi və estetik ekspertizası şöbəsi
Strateji planlaşdırma və təhlil şöbəsi
Bakı Şəhəri Reklam İdarəsi
Sumqayıt Regional Reklam İdarəsi
Gəncə Regional Reklam İdarəsi
Lənkəran Regional Reklam İdarəsi
Quba Regional Reklam İdarəsi
Şəki Regional Reklam İdarəsi
Bərdə Regional Reklam İdarəsi
Şirvan Regional Reklam İdarəsi
Naxçıvan Regional Reklam İdarəsi
İcraçı direktor
İcraçı direktorun müavini
İcraçı direktorun müşaviri