İşıq diod (LED), lampa və işıqəksetdirən elementlər hesabına təsvirin göstərilməsi üçün nəzərdə tutulmuş qurğu. Reklam səthi və dayaq dirəyinin hündürlüyü fərdi qaydada müəyyən olunur .
Elektron ekran (elektron tablo) işıq-diodlar, lampalar, digər işıq mənbələri və işıqəksetdirən elementlər hesabına ekran səthində təsvirin göstərilməsi üçün nəzərdə tutulmuş reklam qurğularıdır.
Müəyyən vaxt intervalı ilə reklam təsvirlərini diyircəklə dinamik dəyişən 1-3x1.8-4m ölçülü qurğu.
Müəyyən vaxt intervalı ilə sinxron dəyişən özündə 3 tərəfli prizmaları birləşdirən 3x6m və ya 3x12m ölçülü qurğu.
Yer səviyyəsindən ən azı 6m hündürlükdə, bir tərəfinin reklam səthinin eni 1.1 metrədək, uzunluğu 15 metrədək olmaqla iki ayrı dirək, yaxud bina arasında bərkitmə qurğuları və burazla (metal kəndirlə) asqı şəklində yerləşdirilmiş qurğu.
Körpüüstü reklam körpülərin və yerüstü piyada keçidlərinin divarında (hərəkət üçün nəzərdə tutulmayan hissəsində) üfüqi şəkildə yerləşdirilən reklam qurğusudur
İctimai nəqliyyat dayanacağına yerləşdirilən eni 1.3 metrədək, uzunluğu 2.1 metrədək, dayaq dirəyinin hündürlüyü 0.6 metrədək olan ikitərəfli reklam qurğusu.
Dairəvi və ya üç xarici reklam səthinə və daxili işıqlandırmaya malik reklam qurğusu.
Ödəmə terminalı üzərində yayımlanan statik və rəqəmsal reklam
Avtomatlaşdırılmış ticarət köşkü üzərində yayımlanan statik və rəqəmsal reklam
Dayaqlı işıqlandırılan qutu ayrıca dayaqlı, ikitərəfli, daxili işıqlandırmaya malik kiçikölçülü reklam qurğusudur. Dayaqlı işıqlandırılan qutunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 1,10-1,30 x 1,90-2,10 metrədək, dayaq dirəyinin hündürlüyü 0,40 - 0,60 metrədək təşkil edir.
Bir tərəfinin reklam səthi 2-4x4-8m, dayaq dirəyinin hündürlüyü 2.20-8 metrədək təşkil edir. Tərəflərin sayl 3-dən çox ola bilməz. Birtərəfli olduqda arxa tərəfi dekorativ tərtibatlı olmalıdır.
Bir tərəfinin reklam səthi 4-6x8-15m, dayaq dirəyinin hündürlüyü 8-18m. Birtərəfli olduqda arxa tərəfi dekorativ tərtibatlı olmalıdır.
Binaların üzərinə, işıq və ya ayrı dirəklərə yerləşdirilən birtərəfli və ya ikitərəfli, daxili işıqlandırmaya malik kiçikölçülü qurğu. Bir tərəfinin reklam səthi 0.6-1x1-1.20m, dayaq dirəyinin hündürlüyü 2-5m.
Divar panosu (branmauer) binaların pəncərələr olmayan divarına, yaxud səthinə yerləşdirilən, xarici işıqlandırmaya malik böyük ölçülü reklam qurğusudur. Divar panosunun reklam səthinin minimum ölçüsü 9 kv.m təşkil edir.
Hərf və loqotipin hündürlüyü 1-3 mərtəbəli bina üçün 1.8m-dən, 4-7 mərtəbəli bina üçün 3m-dən, 8-12 mərtəbəli bina üçün 4m-dən, 13-17 mərtəbəli bina üçün 5m-dən, 18 və daha çox mərtəbəsi olan bina üçün 6m-dən çox olmamalıdır. Qurğunun ümumi uzunluğu 35m-dək uzunluqlu fasadın 80%-dən, 35m-dən çox uzunluqlu fasadın 50%-dən çox olmamalıdır.
Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin giriş hissələrindəki fasadlarında, birinci və ikinci mərtəbələrin pəncərələri arasında fasad üzərində yerləşdirilən reklam qurğusu. Aşağı küncün yerdən hündürlüyü ən azı 2m, çıxıntısı 0.2m-dək, ölçüsü binanın ümumi fasadının 1/10 hissəsi qədər olmalıdır.
Açıq havada olan ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində yerləşdirilən və üzərində reklam əks olunan çətir şəklində reklam qurğusu.
Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərinə, vitrinlərin, bina və digər tikililərin qapı və pəncərələrinin üzərinə yerləşdirilən günlük şəklində reklam qurğusu.
Bünövrə, flaqştok və parçadan ibarət ikitərəfli stasionar reklam qurğusu.
Teatr, kino, idman və digər kütləvi tədbirlərin proqramı əks olunan, reklam səthinin eni 2 metrədək, uzunluğu 2.5 metrədək, aşağı küncünün yerdən hündürlüyü 0.50 metrədək olan qurğu.
Bir tərəfinin reklam səthi 2-4x4-8m, dayaq dirəyinin hündürlüyü 2-8m. Birtərəfli olduqda arxa tərəfi dekorativ tərtibatlı olmalıdır.
Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları həcm-fəza quruluşuna malik olan, həm həcmi, həm də səthi reklamın yayımı üçün istifadə olunan qurğulardır(hava şarları, drijabllar, aerostatlar və s.). Bu qurğuların ölçüləri razılaşdırılmış layihə əsasında fərdi qaydada müəyyənləşdirilir.
Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları həcm-fəza quruluşuna malik olan, həm həcmi, həm də səthi reklamın yayımı üçün istifadə olunan qurğulardır(hava şarları, drijabllar, aerostatlar və s.). Bu qurğuların ölçüləri razılaşdırılmış layihə əsasında fərdi qaydada müəyyənləşdirilir.
Qeyri-standart forma və quruluşu, həcmi və ya səthi reklam yayımı üçün istifadə edilən qurğu