Dayaqlı işıqlandırılan qutu ayrıca dayaqlı, ikitərəfli, daxili işıqlandırmaya malik kiçikölçülü reklam qurğusudur. Dayaqlı işıqlandırılan qutunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 1,10-1,30 x 1,90-2,10 metrədək, dayaq dirəyinin hündürlüyü 0,40 - 0,60 metrədək təşkil edir.
Hərf və loqotipin hündürlüyü 1-3 mərtəbəli bina üçün 1.8m-dən, 4-7 mərtəbəli bina üçün 3m-dən, 8-12 mərtəbəli bina üçün 4m-dən, 13-17 mərtəbəli bina üçün 5m-dən, 18 və daha çox mərtəbəsi olan bina üçün 6m-dən çox olmamalıdır. Qurğunun ümumi uzunluğu 35m-dək uzunluqlu fasadın 80%-dən, 35m-dən çox uzunluqlu fasadın 50%-dən çox olmamalıdır.
Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin giriş hissələrindəki fasadlarında, birinci və ikinci mərtəbələrin pəncərələri arasında fasad üzərində yerləşdirilən reklam qurğusu. Aşağı küncün yerdən hündürlüyü ən azı 2m, çıxıntısı 0.2m-dək, ölçüsü binanın ümumi fasadının 1/10 hissəsi qədər olmalıdır.